Bazar ertəsi, 23.02.2026, 06:08
Ferhad Bagirov
Главная | | Регистрация | Вход
Free money making opportunity. Join Cashfiesta.com and earn cash.
-
BLOQ
Ana sehife
Форма входа
Наш опрос
Оцените мой сайт
Всего ответов: 47
Sosial Şəbəkələr
Facebook
Reklam
Главная » 2011 » Январь » 19 » Ukraynada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
14:34
Ukraynada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Ukrayna Azərbaycanlı Gənclər Birliyininn (UAGB), Ukrayna Parlamenti yanında Ümumukrayna Tələbə Gənclər Assambleyasının və Azərbaycanın Ukraynadakı səfirliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. Bu barədə çərşənbə günü Trend-ə UAGB-dən bildiriblər.

"Ülviləşən Mübariz" devizi altında təşkil olunan tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliynin sədri Anar Tahirov torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əksər çoxluğunun gənclərdən ibarət olduğunu bildirib.

Mərasimin "Ülviləşən Mübariz" devizi ilə keçirilməsində əsas məqsəd 1990-cı ilin 20 yanvar gecəsində şəhid olmuş 20 yaşlı şair Ülvi Bünyadzadə ilə bu faciədən 20 il sonra vətənimizin bütövlüyü naminə düşmənə sarsıdıcı zərbə vuraraq, qəhrəmanlıq zirvəsinə ucalmış Mübariz İbrahimovun indiki gənc nəslə örnək qoyduqları mübarizə yolunu davam etdirmək olub.

Mərasimdə Azərbaycan səfirliyinin müşaviri Yeganə Qafqazlı, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini Cavid Hüseynzadə, Ukrayna Milli televiziyasının aparıcı jurnalisti Andrey Oxrimoviç, Ukrayna Parlamenti yanında Gənclər Assambleyasının sədr müavini Olesya Xlopets çıxış edərək, Vətən naminə canlarını fəda edənlərin xatirəsinin heç zaman unudulmayacağını bildiriblər.

Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin qərarı ilə şəhid Ülvü Bünyadzadənin olümündən bir il öncə yazdığı "Vətən andı"nın birliyə üzv olmaq istəyənlərin andı kimi qəbul olunduğu bildirilib. Ukraynada milli qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi üçün vətənimiz və dövlətimiz naminə nümunəvi tədbirlər həyata keçirməklə xalqımızın adına şərəf gətirən gənclərə "Mübariz Gənc" fəxri diplomunun veriləcəyi qeyd edilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına görə, istintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.
Просмотров: 533 | Добавил: fxaker | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Block title
«  Январь 2011  »
Пн Вт Ср Чт Пт Сб Вс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Axtaris
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • >
  • TIGER
  • TANISLIQ+ CHAT
  • Google
  • FACEBOOK
  • Fxaker.sayt.ws
  • a href="http://tak.ru/partner.php?id=575355"> $ADD_fxaker.ucoz.com_LINK$
    Copyright MyCorp © 2026