Bazar, 22.02.2026, 21:13
Ferhad Bagirov
Главная | Регистрация | Вход
Free money making opportunity. Join Cashfiesta.com and earn cash.
-
BLOQ
Ana sehife
Форма входа
Наш опрос
Оцените мой сайт
Всего ответов: 47
Sosial Şəbəkələr
Facebook
Reklam
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi stasionar telefon rabitəsində yeni tariflərin tətbiqi imkanlarına baxır. Xüsusilə abunəçilər üçün dəqiqəlik tarif tətbiq oluna bilər və onlar aylıq abunə ödəmələrindən imtina edə bilərlər. Bu barədə şənbə günü jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, abunəçi ay ərzində iki manat abunəçi məbləğində "danışırsa", dəqiqəlik tarifə keçə bilər.

"Bu cür tariflərin tətbiqi ilə bağlı Tariflər Şurası ilə işlər aparırıq. Bu qurum tariflərin artırılması məsələsinə çox kəskin yanaşır, çünki biz hələ müzakirə olunan bir neçə tətbiq variantları təklif etmişik. Ümumilikdə, bizim təklif etdiyimiz variantlar tariflərin aşağı salınmasını nəzərdə tutur",- nazir deyib.
Просмотров: 3247 | Добавил: gangster | Дата: 22.01.2011 | Комментарии (10)

Azərbaycanın sığorta bazarının təkmilləşdirilməsi, əhalinin sağlamlığının müdafiəsi üçün "Sığortanın icbari növləri haqqında" qanunun qəbul edilməsi çox vacibdir. Bu barədə cümə günü Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə komitənin iclasında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Azərbaycanda adambaşına 16-17 manat təşkil edən sığorta mükafatlarının hazırkı səviyyəsi əhalinin pul gəlirlərinin səviyyəsinə uyğun gəlmir. Bu, inkişaf etməkdə olan digər ölkələrdəki, Avropa dövlətlərindəki sığorta bazarının inkişaf səviyyəsi ilə müqayisədə çox aşağı göstəricidir",- Səmədzadə bildirib.

Sığorta mükafatlarının dünya üzrə orta göstəricisi Azərbaycandakı mükafatların səviyyəsini 15 dəfə üstələyir.

Səmədzadənin sözlərinə görə, "Sığortanın icbari növləri haqqında" qanunun qəbul edilməsilə Azərbaycanda sığorta sahəsində ... Xeberin Ardi
Просмотров: 1210 | Добавил: gangster | Дата: 22.01.2011 | Комментарии (0)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Yanvarın 21-də Bakı şəhəri, Qaradağ rayonunda avtomobil təmiri sexinin ərazisində "Kamaz" markalı avtomobilin qoşqusunda olan 30 tonluq çəndə qaynaq işləri aparılarkən yanğınla davam edən partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Fövqəladə Hallar Nazirliyinin rəsmi İnternet saytı xəbər yayıb.

Hadisə nəticəsində, həmin çəndə olan təxminən 10 ton neft məhsulu ətrafa dağılaraq alışıb, avtomobilin kabina hissəsi yanıb, 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı avtomobilləri yanğından mühafizə edib, xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, hadisəyə qaynaq işləri apararkən yanğın təhlükəsizliyi qaydalarının poz ... Xeberin Ardi
Просмотров: 955 | Добавил: gangster | Дата: 22.01.2011 | Комментарии (0)

Şənbə günü Bakıda Azərbaycan və Türkiyə arasında mineral ehtiyatların axtarışı və tədqiqi sahəsində əməkdaşlıq haqqında niyyət memorandumu imzalanıb. Sənəd ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın altıncı iclası zamanı imzalanıb.

İclasın yekunları üzrə Azərbaycan Baş nazirin müavini Abid Şərifovla Türkiyənin energetika naziri Taner Yıldız tərəfindən yekun protokol da imzalanıb.

Baş nazirin müavini Abid Şərifovun iclasın yekununda dediyi kimi, imzalanmış protokolda təhsil, tələbə mübadiləsi, xüsusilə də səhiyyə sahəsində əməkdaşlığa böyük diqqət ayrılıb.

Türkiyəli nazirin sözlərinə görə,komissiyanın birgə işi qarşılıqlı əməkdaşlığın bir çox sahələrində ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır.

"Bu iclasın keçirilməsi bir növ Türkiyə-Azərbaycan Strateji Şurasının keçirilməsinə hazırlıqdır", - ... Xeberin Ardi
Просмотров: 1314 | Добавил: gangster | Дата: 22.01.2011 | Комментарии (0)

Fevralda türkdilli dövlətlərin media birliklərinin nizamnaməsi qəbul olunacaq. Bu barədə Trend-ə cümə günü Türkiyənin Baş naziri yanında Mətbuat İdarəsinin informasiya şöbəsinin müdiri Arif Gülən bildirib.

"Dekabrın 21-22-də Ankarada keçirilən türkdilli dövlətlərin media forumu zamanı bu ölkələrin jurnalist birliklərinin təsis edilməsi üzrə işçi qrupu yaradılıb. Fevralda Türkiyədə həmin işçi qrupunun iclası keçiriləcək və orada yeni strukturun nizamnaməsi qəbul ediləcək", - Gülən deyib.

Onun sözlərinə görə, indiyədək Özbəkistandan başqa, bütün türkdilli ölkələrin razılığı alınıb.

Gülən bildirib ki, türkdilli dövlətlərin media birliklərinin yaradılacağı dəqiq tarix hələ müəyyən edilməyib.

Bir müddət əvvəl Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov deyib ki, Ankaradakı media forumu zamanı türkdilli dövlətlərin media birliklərinin yara ... Xeberin Ardi
Просмотров: 950 | Добавил: gangster | Дата: 22.01.2011 | Комментарии (0)

Kipr dövlətlərin ərazi bütövlüyünə riayət olunmasının tərəfdarıdır və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir. Bu barədə şənbə günü jurnalistlərlə görüşdə Kipr Respublikasının rəsmi hökumət nümayəndəsi Stefanos Stefanu deyib.

"Biz münaqişənin təfərrüatlarına varmayacağıq, lakin onun sülh yolu ilə nizamlanmasını dəstəkləyirik", - Stefanu deyib.

Onun sözlərinə görə, Kipr rəhbərliyi problemin ATƏT-in Minsk qrupunun səyləri, həmçinin BMT-nin beynəlxalq hüquq və qətnamələrinə riayət şərtləri altında sülh yolu ilə həllini dəstəkləyir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. ... Xeberin Ardi
Просмотров: 907 | Добавил: gangster | Дата: 22.01.2011 | Комментарии (0)

Bakıdakı Rusiya Məlumat-Mədəniyyət Mərkəzi hər iki ölkə üçün vacib olan humanitar dialoqa yardım edəcək. Bu barədə RF Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin mərkəzin açılışında bildirib.

"Açılışda iştirak etdiyimə şadam. İl bu mühüm və gözəl aksiya ilə başlayır", - Narışkin deyib. Onun sözlərinə görə, bu mərkəz zəngin tarixi fondlarla təchiz olunub.

"Mərkəzin yaradılması imkanına görə Azərbaycan hakimiyyətinə minnətdarlığımı bildirirəm", - o, əlavə edib.

Bakıdakı Rusiya Məlumat-Mədəniyyət Mərkəzi indi də çox dinamik inkişaf edən iki ölkənin əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mərkəzin açılışında qeyd edib.

Mehdiyevin sözlərinə görə, bu, yeni səviyyəyə çıxan humanitar əlaqələr sahəsində mühüm hadisədir.

"Biz layihənin reallaşdırı ... Xeberin Ardi
Просмотров: 937 | Добавил: gangster | Дата: 22.01.2011 | Комментарии (0)

Azərbaycanın daxili işlər naziri Ramil Usubov bəzən yol patrul xidmətinin əməkdaşları tərəfindən vətəndaşların əsassız olaraq incidilməsi ilə bağlı faktlara rast gəlindiyini bildirib.

"Yol patrul xidmətinin əməkdaşları tərəfindən bəzən vətəndaşların əsassız olaraq incidilməsi ilə bağlı faktlara rast gəlinir. Bunun qarşısı mütləq alınmalıdır. Bu hallara son qoyulmalıdır", - Trend-in məlumatına görə, Usubov şənbə günü 2010-cu ilin yekunlarına dair keçirilən kollegiya iclasında bildirib.

DİN-in Dövlət Yol Polisi İdarəsinin rəhbəri Ramiz Zeynalovun çıxışına münasibət bildirən nazir əlavə edib ki, sürücülər bəzən yol patrul xidmətinin əməkdaşlarının gözü qarşısında yol hərəkət qaydalarını kobud şəkildə pozurlar.

"Amma yol polisləri bu filankəsin qohumudur əsası ilə qanun pozuntularına göz yumurlar. Bu hallara ciddi fikir verilməlidir. Qanun p ... Xeberin Ardi
Просмотров: 1114 | Добавил: gangster | Дата: 22.01.2011 | Комментарии (0)

Azərbaycanın FM tezliyində yeni radionun adı məlum olub. Trend-in məlumatına görə, Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında qalib "Radio Azad xəbər" olub.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu kanalda ictimai, siyasi, mədəni, iqtisadi və sosial xəbərlər veriləcək, əyləncəli xəbərlər yayımlanmayacaq.

"Bu kriteriyaya görə həmin radio müsabiqənin qalibi seçilib", - Məhərrəmli deyib.

Yeni radiokanalın yaradılması üzrə elan edilən müsabiqə ilə bağlı üç müraciət daxil olub.

103.3-cü FM tezliyində yer almaq üçün "Radio Azad xəbər", "Radio Obyektiv" və "Alternativ radio" tərəfindən müraciət olunub.

Müraciət edənlərdən ilk ikisi hüquqi, üçüncüsü fiziki şəxsdir.

103.3-cü FM tezliyində yer alacaq radio kanalı üzrə müsabiqə üçün noyabrın 25-dən dekabrın 25-ə qədər sənəd qəbulu ... Xeberin Ardi
Прикрепления: Картинка 1
Просмотров: 832 | Добавил: fxaker | Дата: 21.01.2011 | Комментарии (0)

Azərbaycanın Biləsuvar rayonunda zəlzələ olub.

Zəlzələ cümə günü yerli vaxtla saat 01:58-də Biləsuvar rayonunun ərazisində baş verib. Bu barədə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat veriblər.

Gücü 3,1 bal təşkil edən zəlzələnin ocağı 40 kilometr dərinlikdə olub.

Zəlzələ hiss olunmayıb.
Просмотров: 665 | Добавил: gangster | Дата: 21.01.2011 | Комментарии (0)

1 2 3 »
Block title
«  Февраль 2026  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728
Axtaris
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • >
  • TIGER
  • TANISLIQ+ CHAT
  • Google
  • FACEBOOK
  • Fxaker.sayt.ws
  • a href="http://tak.ru/partner.php?id=575355"> $ADD_fxaker.ucoz.com_LINK$
    Copyright MyCorp © 2026